Seninem.Az > Aktual / Manşet Yuxarı > İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub
İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunubTarix: 20-04-2021, 19:23. Müəllif: admin |
Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb. Bu barədə Leqal.info-ya Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, indiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib. Geri Qayıt |