Seninem.Az > Aktual / Manşet Yuxarı > Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildiTarix: 19-04-2021, 18:00. Müəllif: admin |
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Bu barədə Leqal.info-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Geri Qayıt |