Seninem.Az > Aktual / Manşet Yuxarı > Sumqayıtda stadionun iki yerə bölünməsi ilə bağlı araşdırmalara başlanıldı

Sumqayıtda stadionun iki yerə bölünməsi ilə bağlı araşdırmalara başlanıldı


Tarix: 19-04-2021, 15:00. Müəllif: admin
Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) standart ölçülü futbol meydançasının iki yerə bölünərək, ortasından asfalt çəkilməsi ilə əlaqədar araşdırmalara başlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, nazirlikdən bildirilib. Məsələ ilə əlaqədar açıqlamanın veriləcəyi əlavə olunub.

"Məsələ ilə bağlı araşdırma gedir, açıqlama veriləcək" deyə sorğuya cavabda vurğulanıb.

Qeyd edək ki, SDU rəhbərliyi meydançanı iki yerə bölərək, ortasından asfalt çəkmələrini bir korpusdan digərinə gediş-gəlişi rahatlaşdırmaq istəkləri ilə əlaqələndirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt