Seninem.Az > Aktual / Manşet Yuxarı > “Kəpəz” MTK-da yarım milyonluq yeyinti
“Kəpəz” MTK-da yarım milyonluq yeyintiTarix: 14-04-2021, 18:08. Müəllif: admin |
Bakıda bir neçə yaşayış binası tikən “Kəpəz” MTK-da yeyinti aşkarlanıb. Leqal.info xəbər verir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb. Belə ki, “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |