Seninem.Az > Aktual / Manşet Yuxarı > Ermənistanla sərhəddə yeni hərbi hissə açıldı
Ermənistanla sərhəddə yeni hərbi hissə açıldıTarix: 8-04-2021, 17:58. Müəllif: admin |
Aprelin 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb. Leqal.info DSX-nin saytına istinadən xəbər verir ki, DSX rəisinin müavini general-leytenant İsmayıl Əkbərov çıxış edərək DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub. Xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirilib. Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar. Geri Qayıt |