Seninem.Az > Aktual / Manşet Yuxarı > Yaxınlarının itkin kimi axtardığı Cəmilə Türkiyədə imiş...

Yaxınlarının itkin kimi axtardığı Cəmilə Türkiyədə imiş...


Tarix: 7-04-2021, 21:03. Müəllif: admin
Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Leqal.info-ya verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının "Məni axtarmayın" qeydinin ona məxsus olmadığını iddia etmişdi.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt