Seninem.Az > Aktual / Manşet Yuxarı > Nazirlikdən bağçalarla bağlı açıqlama
Nazirlikdən bağçalarla bağlı açıqlamaTarix: 1-04-2021, 18:07. Müəllif: admin |
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb. Nazirlikdən Leqal.info-ya verilən məlumata görə, yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir. Qeyd edək ki, sadalanan ərazilərdən əlavə digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Geri Qayıt |