Seninem.Az > Aktual / Manşet Yuxarı > Nazir bu qurumların Müşahidə Şurasının sədri oldu
Nazir bu qurumların Müşahidə Şurasının sədri olduTarix: 30-03-2021, 17:00. Müəllif: admin |
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Leqal.info xəbər verir ki, sərəncama əsasən, “Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Müşahidə Şurasının üzvləri Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri. *** Dövlət başçısının digər sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi də təsdiq edilib: Müşahidə Şurasının sədri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Müşahidə Şurasının üzvləri Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri. Geri Qayıt |