Seninem.Az > Aktual / Manşet Yuxarı > Daha bir erməni hərbçinin meyiti Əsgəranda tapıldı
Daha bir erməni hərbçinin meyiti Əsgəranda tapıldıTarix: 29-03-2021, 17:26. Müəllif: admin |
Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb. Leqal.info “armeniasputnik”ə istinadən xəbər verir ki, hərbçinin qalıqları Əsgəran ərazisində aşkarlanıb. İlkin məlumatlara görə, onun Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən çağırışçı əsgər olduğu bildirilib. Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 524-ə yüksəlib. Hazırda axtarış işləri Cəbrayıl istiqamətində davam etdirilir. Geri Qayıt |