Seninem.Az > Aktual / Manşet Yuxarı > Bu gündən 40 yaşlılar peyvənd olunacaq
Bu gündən 40 yaşlılar peyvənd olunacaqTarix: 22-03-2021, 10:00. Müəllif: admin |
Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq. Leqal.info xəbər verir ki, bu yaş kateqoriyası üzrə vətəndaşlar koronavirus (“COVID-19”) əleyhinə peyvənd olunacaqlar. Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də Çin istehsalı olan “CoronaVAC” peyvəndi ilə başlanılıb. İlk mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. Strategiyaya uyğun olaraq, ötən ayın 17-dən 50 yaş və daha yuxarı şəxslərin “COVID-19” xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilib. Son statistikaya görə, hazırkı dövrədək ölkədə 482 664 nəfər koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesində iştirak edib. Geri Qayıt |