Seninem.Az > Aktual / Manşet Yuxarı > Ağdama icazəsiz getmək istəyən daha 2 nəfər saxlanılıb
Ağdama icazəsiz getmək istəyən daha 2 nəfər saxlanılıbTarix: 19-03-2021, 14:30. Müəllif: admin |
Ağdam rayonunun işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Leqal.info-ya verilən məlumata görə, Ağdam rayonun ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər. Araşdırmalarla onların Ağcabədi rayon sakinləri Elvin Şükürov və Dayandur Quliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Geri Qayıt |