Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlandı
Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlandıTarix: 18-03-2021, 13:00. Müəllif: admin |
Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Leqal.info xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir. Geri Qayıt |