Seninem.Az > Aktual / Manşet Yuxarı > “Azərbaycanda vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”
“Azərbaycanda vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”Tarix: 25-02-2021, 12:55. Müəllif: admin |
“Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”. Leqal.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, vaksin təhlükəsizdir: “Ümumiyyətlə, “Coronovac” vaksini təhlükəsizdir və heç bir ağırlaşma halı olmur”. Qeyd edək ki, fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib. Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur. Geri Qayıt |