Seninem.Az > Aktual / Manşet Yuxarı > Hərbçi formasında azad edilən ərazilərə girmək istədilər, saxlanıldılar

Hərbçi formasında azad edilən ərazilərə girmək istədilər, saxlanıldılar


Tarix: 23-02-2021, 16:30. Müəllif: admin
Füzuli rayonunda hərbçi forması geyinərək işğaldan azad edilən ərazilərə qanunsuz olaraq keçmək istəyən 5 nəfər saxlanılıb.

DİN-dən Leqal.info-ya verilən məlumata görə, fevralın 22-də işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları “Niva” markalı iki avtomobili saxlayıblar. Yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildirib. Lakin polisin tələbinə əsasən onlar heç bir rəsmi sənəd təqdim etməyərək israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərib.

Onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt