Seninem.Az > Aktual / Manşet Yuxarı > Vaksinasiya üçün elektron xidmət istifadəyə verildi
Vaksinasiya üçün elektron xidmət istifadəyə verildiTarix: 5-02-2021, 15:00. Müəllif: admin |
“COVID-19” xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib. Leqal.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub. Xidmətdən istifadə etmək üçün randevu.its.gov.az ünvanına daxil olub qeydiyyatdan keçmək lazımdır. Geri Qayıt |