Seninem.Az > Aktual / Manşet Yuxarı > Türkiyə ölkəmizdə hərbi bazalar quracaq?

Türkiyə ölkəmizdə hərbi bazalar quracaq?


Tarix: 8-01-2021, 21:30. Müəllif: admin
Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

Leqal.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı yayılan bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Vaqif Dərgahlı qeyd edib ki, Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt