Seninem.Az > Aktual / Manşet Yuxarı > AMEA-nın alimi koronavirusdan vəfat edib
AMEA-nın alimi koronavirusdan vəfat edibTarix: 16-12-2020, 12:52. Müəllif: admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif Məhərrəmov koronavirusdan vəfat edib. Bu barədə “Qafqazinfo”ya Akademiyadan məlumat verilib. A. Məhərrəmov ötən gün dəfn olunub. Qeyd edək ki, Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, Moskvada SSSR EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru, professordur. 2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasiyasının məsləhətçisidir. Geri Qayıt |