Seninem.Az > Aktual / Manşet Yuxarı > Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilibTarix: 29-09-2020, 22:44. Müəllif: admin |
Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib. Leqal.info bildirir ki, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb. Geri Qayıt |