Seninem.Az > Aktual / Manşet Yuxarı > Qapalı kafe-restoranlara da icazə veriləcək
Qapalı kafe-restoranlara da icazə veriləcəkTarix: 4-09-2020, 21:51. Müəllif: admin |
Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. Leqal.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu qərar sentyabrın 8-indən qüvvəyə minir. Geri Qayıt |