Seninem.Az > Aktual / Gündəm / Manşet Yuxarı > Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur

Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur


Tarix: 3-08-2020, 17:47. Müəllif: subadmin
Çimərliyə getmək üçün xüsusi icazə ehtiyac yoxdur, "cimerlik.az" portalı sadəcə çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb.

"Leqal.info"nun məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, doluluq səviyyəsinə əsasən, çimərliklər yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdirsə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt