Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycan Respublikasında COVİD-19la bağlı son vəziyyət
Azərbaycan Respublikasında COVİD-19la bağlı son vəziyyətTarix: 2-08-2020, 19:18. Müəllif: subadmin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Leqal.info"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727, ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb. Geri Qayıt |