Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda sərhədlərin bağlanmasının vaxtı uzadıldı

Azərbaycanda sərhədlərin bağlanmasının vaxtı uzadıldı


Tarix: 29-05-2020, 18:50. Müəllif: admin
Azərbaycanın dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Operativ Qərargahdan Leqal.info-ya daxil olan məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt