Seninem.Az > Aktual / Manşet Yuxarı > Şamaxının icra başçısından

Şamaxının icra başçısından


Tarix: 25-05-2020, 21:37. Müəllif: admin
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

Leqal.info-nun məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib:

“Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt