Seninem.Az > Aktual / Manşet Yuxarı > İlk hansı ölkəylə sərhədlər açılacaq?
İlk hansı ölkəylə sərhədlər açılacaq?Tarix: 13-05-2020, 18:22. Müəllif: admin |
|
“Azərbaycan sərhədlərinin açılması bilavasitə ölkədəki və regiondakı infeksiyanın durumu ilə bağlıdır”. Leqal.info-nun verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, sərhədi açılacaq ilk ölkənin hansı olacağını indidən demək düzgün olmaz: “Amma bu çox güman ki, qonşu ölkələr olacaq”. L. Abdullayeva əlavə edib ki, xaricdə yaşayan və koronavirusa yoluxmuş vətəndaşlarımız var: “Onlardan ölənləri də olub. Həmin vətəndaşın nəşinin ölkəyə gətirilməsi təmin olunur”. Geri Qayıt |