"Klo-kabab" söküldü

Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və Bakı şəhər ticarət və xidmət departamentinin əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb.

yasamal rayonunun Məhəmməd Xiyabani küçəsindəki kafelər və ət dükanları ləğv edilib. Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. Ərazidə 20-dən artıq kafe sökülüb.

Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi. Ərazi uzun illər idi ki, "Ətçilər" kababxanaları kimi tanınırdı. Adıçəkilən ərazidə kafelərlə yanaşı xırdabuynuzlu heyvanların ət satışı da həyata keçirilirdi.



Məqaləyə dair fotomateriallar:


скачать dle 10.6фильмы бесплатно
1-03-2024, 10:17
Baxıs: 897
Reyting: