Bakcell rəqəmsal yenilikləri elan etdi!

Bakcell rəqəmsal yenilikləri elan etdi!

Bakcell şirkəti özünün yeni internet səhifəsini və mobil tətbiqini təqdim edib.

Bu yeniliklər cəmi bir toxunuşla eSİM nömrə əldə etmək, onlayn çata qoşulmaq, ödəniş etmək, tarif və xidmətlərdən istifadə imkanı verir.

Abunəçilər iOS və Android platformasında yeni Bakcell tətbiqini yükləməklə ən üstün müştəri təcrübəsindən faydalana bilərlər. Tətbiqdəki üztanıma texnologiyası sayəsində eSIM nömrə almaq və ya mövcud Bakcell nömrəsinin eSIM dublikatını çıxarmaq mümkündür.

“Bakcell”in təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq Bakcell saytı vasitəsilə nömrə ala, özlərinə uyğun tarif və digər xidmətləri seçə bilərlər. Yeni rəqəmsal təcrübə ilə www.bakcell.com internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.скачать dle 10.6фильмы бесплатно
17-03-2023, 16:07
Baxıs: 439
Reyting: