Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxslə bağlı qərar çıxarıldı - FOTO

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxslə bağlı qərar çıxarıldı - FOTO

Bakı Apellyasiya Məhkəməsində özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb etməkdə təqsirləndirilən Bayram Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Hacıyev 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd: Baş Prokurorluğun yaydığı məlumata görə, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində “Facebook” sosial şəbəkəsində və “YouTube” videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaiti tələb edib.

Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 10.6фильмы бесплатно
24-02-2023, 10:34
Baxıs: 306
Reyting: