“Qarabağ” – “Olimpiakos” matçına ilk gündə 22 min bilet satıldı

“Qarabağ” – “Olimpiakos” matçına ilk gündə 22 min bilet satıldı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçına bilet satışı davam edir.
İlk gündə bu oyuna 22 min bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək),
Oktyabrın 13-də keçiriləcək bu qarşılaşmaya saat 20:45-də start veriləcək.скачать dle 10.6фильмы бесплатно
10-10-2022, 10:49
Baxıs: 349
Reyting: