allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı - YENİLƏNİB » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı - YENİLƏNİB

Bakıda direktor şagirdləri döydü: Araşdırmalara başlandı - YENİLƏNİB

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Arazxeber.az xəbər verir ki, Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq idarədən bildirilib.

Qurumdan qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:

“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

13:40

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.

Paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.

Onun bu hərəkəti kameraya düşüb.
14:04
Baxıs: 69440
Reyting: