Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir

Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.
 
 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya-başa çatdığı Sumqayıt şəhər, 42-ci məhəlləyə gətirilib. Vida mərasimində ailə üzvləri ilə yanaşı, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, şəhidimiz bir ilin əsgəri və evin tək oğlu olub. Üç gün bundan əvvəl məzuniyyəti bitirib yenidən ön xətdə xidmətə qayıdıb. 
Vida mərasimindən sonra B.Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.скачать dle 10.6фильмы бесплатно
14-09-2022, 10:23
Baxıs: 445
Reyting: