Bakıda keçiriləcək beynəlxalq turnir 16 ölkənin telekanalında yayımlanacaq

Bakıda keçiriləcək beynəlxalq turnir 16 ölkənin telekanalında yayımlanacaq

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirini hansı ölkələrin TV-lərinin yayımlayacağı bilinib.

Bu barədə Ümumdünya Karate Federasiyası (WKF) məlumat yayıb.

Bildirilib ki, 16 ölkənin telekanalı 4 sentyabrda keçiriləcək medal görüşlərini göstərəcək.

Bunlar Əlcəzair, Bəhreyn, Xorvatiya, Misir, İran, İraq, İtaliya, Livan, Liviya, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, İspaniya, Suriya, Türkiyə və BƏƏ telekanallarıdır. Bunlardan Xorvatiyanın SPTV, İranın “Volant Media”, İtaliyanın “Sky İtalia Rai”, Mərakeşin “Arryadia” (SNRT), İspaniyanın “Teledeporte” (RTVE) və Türkiyənin “TRT Spor” telekanalları eksklüziv yayım hüquqlarına malikdir.
Azərbaycandan isə hansı telekanalın yarışı canlı göstərəcəyi hələ ki bilinmir.

WKF-in “Youtube” kanalı isə həm təsnifat, həm də medal görüşlərini canlı olaraq göstərəcək.

Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək karate üzrə Premyer Liqa turniri 2-4 sentyabrda baş tutacaq. Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq yarışda təsnifat döyüşləri 2-3 sentyabr saat 09:00-da başlayıb, 20:30-da başa çatacaq. 4 sentyabrda keçiriləcək final döyüşləri isə 15:30-18:30 radələrində keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
2-09-2022, 08:31
Baxıs: 458
Reyting: