"Krımı azad etmək üçün mübarizəmizi davam etdirəcəyik" - Zelenski

"Krımı azad etmək üçün mübarizəmizi davam etdirəcəyik" - Zelenski

"Krımı azad etmək üçün bütün səylərimizi davam etdirəcəyik".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Anjey Duda ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Rusiyanın Ukraynaya və Ukrayna xalqına qarşı davranışlarına baxmayaraq, biz Krım uğrunda mübarizəmizi davam etdirəcəyik", - Zelenski söyləyib.

Onun sözlərinə görə, Krım Platforması yarımadanın gələcək taleyinin müzakirəsi və işğaldan azad edilməsi üçün ən uğurlu siyasi vasitədir.

Ukrinformскачать dle 10.6фильмы бесплатно
23-08-2022, 15:46
Baxıs: 384
Reyting: