allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Şəhidlərimiz dəfn olunur - YENİLƏNİB » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Şəhidlərimiz dəfn olunur - YENİLƏNİB

Şəhidlərimiz dəfn olunur - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların II Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, mərasimdə həlak olanların ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

***

13:48
Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində keçirilən vida mərasimi başa çatıb.

KONKRET.az xəbər verir ki, vida mərasimində DSX-nin yüksək rütbəli şəxsləri iştirak edib.

Qeyd edək ki, həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq.

***

12:06
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

KONKRET.az xəbər verir ki, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən “qara qutu”nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
10:45
Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək.

KONKRET.az xəbər verir ki, saat 12-də Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində şəhidlərlə vida mərasimi olacaq.

Yaxınlarının verdiyi məlumata görə, sonra hərbçilər İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.


13:44
Baxıs: 79040
Reyting: