Kamran Əliyev prokurorlara tapşırıq verdi

Bu gün Baş prokuror Kamran Əliyev Bərdə Rayon Prokurorluğunun inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Leqal.info-nun məlumatına görə, qəbuldan əvvəl Baş prokuror ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 114 vətəndaşın müraciətinə baxıb. Qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Baş prokuror Bərdə və Tərtər rayon prokurorluqlarının, eləcə də Tərtər və Ağdam hərbi prokurorluqlarının əməkdaşları ilə görüş keçirib. Bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно
20-05-2022, 20:19
Baxıs: 41 243
Reyting: