Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib. 320 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 122, bu günə qədər isə ümumilikdə 6 697 184 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
30-03-2022, 18:30
Baxıs: 39 879
Reyting: