NATO Kiyevdəki ofisini bağladı

NATO Ukrayna paytaxtındakı ofisini müvəqqəti bağlayıb, heyətini Brüssel və Lvova köçürür.

"Leqal.info" xəbər verir ki, bu barədə Norveçin "Verdens Gang" qəzeti alyansın nümayəndəsinə istinadən məlumat yayıb.

"NATO və onun üzvü olan ölkələr vəziyyəti çox diqqətlə izləyir və təhlil edir. Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir, ona görə də ofis indi Lvov və Brüsselə köçürülüb", - məlumatda deyilir.скачать dle 10.6фильмы бесплатно
19-02-2022, 18:33
Baxıs: 27 473
Reyting: