Bakıda modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırdı

Bakıda koronavirus xəstələrinin müalicəsi üçün quraşdırılan modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsində 28 saylı birləşmiş şəhər xəstəxanasına təhkim olunmuş modul tipli xəstəxanada artıq bu gün koronavirusdan müalicə olunan sonuncu xəstə sağalaraq evə buraxılıb.

Həmçinin xəstəxanada fəaliyyət göstərən həkim heyəti də öz daimi iş yerlərinə qayıdıblar.

Qeyd edək ki, paytaxtın Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi ötən ilin iyun ayında istifadəyə verilib.скачать dle 10.6фильмы бесплатно
28-09-2021, 21:29
Baxıs: 38 790
Reyting: