“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım”

Bakıda yaşayış yerini qanunsuz tərk edən “COVID-19” virusunun daşıyıcısı olan iki nəfər barədə cinayət işi başlanılıb.

Leqal.info DİN-ə istinadən xəbər verir ki, ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. O, saxlanılan zaman deyib ki, insanların sıx olduğu yerlərə getməyib: “Evdə ürəyim sıxılırdı, maşını götürüb bir az fırlandım”.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv “COVID-19” virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir “COVID-19” xəstəsi isə Yasamal rayonunda saxlanılıb. 1977-ci il təvəllüdlü Rüfət Rəhimbəyli koronavirus testi pozitiv çıxdıqdan sonra dəfələrlə küçəyə çıxaraq gəzib və növbəti dəfə saxlanılaraq şöbəyə aparılıb.скачать dle 10.6фильмы бесплатно
24-11-2020, 14:27
Baxıs: 22 501
Reyting: