Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində...

Türkiyə mediası Azərbaycanın Füzuli şəhərindən reportaj hazırlayıb.

Leqal.info xəbər verir ki, Anadolu Agentliyinin (AA) üzvləri 17 oktyabrda işğaldan azad edilən şəhərin fotolarını yayaraq bölgə barədə məqalə dərc ediblər.

Qeyd olunub ki, şəhərdə demək olar ki, salamat bina yoxdur. Bir zamanlar 100 min azərbaycanlının yaşadığı şəhər dağılmış yollardan və sadəcə daşları qalan binalardan ibarətdir.

Ermənilər işğaldan sonra evlərin əşyalarını sökərək mənimsəyiblər, yaşamaq üçün olan şərait tamamilə məhv edilib.
Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Həmçinin ərazi mina və partlamamış mərmilərdən təmizlənir.

“Anadolu” qeyd edib ki, Füzuliyə gedən yollar Azərbaycan Ordusunun zərərsizləşdirdiyi düşmənə aid tank, zirehli avtomobillərlə doludur: “Demək olar ki, hər addımbaşı vurulan tankla, ermənilərin qoyub qaçdığı sursatlarla rastlaşmaq mümkündür”.
Bildirilib ki, əraziyə bir neçə Füzuli sakinləri də gətiriliblər. Onlar 27 illik həsrətdən sonra şəhərlərini ziyarət ediblər və evlərinin vəziyyətini görən zaman kədərləniblər.

Torpağı ilə qovuşan Şadiyə Qəhrəmanova evindən geriyə sadəcə daşlar qaldığını, buna rəğmən xoşbəxt olduğunu deyib.

Vaqif Vəliyev isə ata yurduna qayıdacaqları üçün sevincli olduğunu ifadə edib.

“Evimi tanıya bilmədim. İkimərtəbəli idi, indi bu hala düşüb. Çox pis oldum, qəlbim yandı. Burada sağlam ev qalmayıb. Biz illərdir bu günü gözləyirdik. İnşallah qısa zamanda Füzuliyə köçəcəyik”, - deyə vaxtilə şəhər sakini olmuş Arzu Şəfiyə bildirib.
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində...
Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində...скачать dle 10.6фильмы бесплатно
19-11-2020, 11:23
Baxıs: 37 618
Reyting: