Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > Zelenskidən Putinə növbəti XƏBƏRDARLIQ

Zelenskidən Putinə növbəti XƏBƏRDARLIQ


Tarix: 11-08-2022, 09:05. Müəllif: admin2
Zelenskidən Putinə növbəti XƏBƏRDARLIQ

Ukrayna müdafiəçiləri avqustun 10-da Rusiyanın Dnepropetrovsk vilayətinə azı 13 nəfərin ölümü ilə nəticələnən hücumunu cavabsız qoymayacaqlar.

Bunu  Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

"Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatımız və hüquq-mühafizə orqanları bu gün (dünən-red) Rusiya tərəfindən Dnepropetrovsk vilayətini atəşə tutmasını cavabsız qoymayacaq. Marqansa hücum nəticəsində 13 nəfər həlak olub, 10-dan çox insan yaralanıb".

Zelenski qeyd edib ki, bu, Rusiya terrorunun növbəti təzahürüdür, həmçinin Nikolayev və Xarkova hücumlar bir daha sübut edir ki, dünya Ukraynaya hərbi yardımı artırmalıdır.

"Silahlarımız nə qədər güclü və onların istifadə dairəsi nə qədər geniş olsa, bu qəddar müharibə bir o qədər tez bitəcək", - Prezident əlavə edib.

Xatırladaq ki, avqustun 10-da Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Nikopol rayonundakı “Qradov”dan iki dəfə atəş açıblar. Yaşayış məntəqələrinə 80 raket atılıb.

RBC-Ukrainaскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt