"Avromed"in istehlaka yararsız məhsulları məhv edildi

“Avromed Company” QSC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, L-Eksir əmtəə nişanlı, ümumi sayı 277 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə "Leqal.info"ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.скачать dle 10.6фильмы бесплатно
27-04-2022, 12:50
Baxıs: 38 594
Reyting: