Magistraturaya sənəd qəbulu başa çatıb

Fevral ayının 1-dən başlayan magistraturaya sənəd qəbulu başa çatıb.

Leqal.info xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.

Son statistikaya görə, ümumilikdə 17 093 bakalavr ərizəsini təsdiqləyib. Onlardan 15 649 nəfəri Azərbaycan bölməsi, 1 444 nəfəri isə rus bölməsi üzrə müraciət edib.

Qeyd edək ki, magistratura səviyyəsi üzrə qəbul imtahanı fevralın 20-də keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
11-02-2022, 10:30
Baxıs: 32 051
Reyting: