Azərbaycan Prezidenti: "Türkiyə bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir"

"Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir".

Leqal.info xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda yer alıb.

"Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir", - məktubda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно
28-10-2021, 15:31
Baxıs: 38 532
Reyting: