Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Leqal.info-ya bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.скачать dle 10.6фильмы бесплатно
19-10-2021, 15:17
Baxıs: 17 557
Reyting: