Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndinin istifadəsini təsdiqlədi

Azərbaycan Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.



Bu barədə Leqal.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və “COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Məlumata görə, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
12-03-2021, 18:02
Baxıs: 36 764
Reyting: