“Bir gün Ermənistan xalqı ondan hesab soracaq”

“Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirir”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O bildirib ki, ermənilər Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan həmin ərazilərdə qanunsuz məskunlaşma həyata keçirirdi, coğrafi adları dəyişdirib, qanunsuz iqtisadi fəaliyyətlərə başlamışdı. Azərbaycan uzun illər sülh yolu ilə ərazi bütövlüyünün bərpa olunmasını gözlədi. Lakin əfsuslar olsun ki, Ermənistan qeyri-konstruktivlik mövqe nümayiş etdirərək münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Bu, ona görədir ki, Ermənistanın addımlarına adekvat beynəlxalq reaksiya verilmədi. Cəzasızlıq Ermənistanın bu siyasəti davam etdirməsinə zəmin yaradıb.

Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də, Ermənistan bunun əvəzində yeni təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan da öz sələflərindən heç nə ilə fərqlənmədi. Son illər Paşinyanın birləşdirmə siyasəti Ermənistanı çıxılmaz vəziyyətə gətirib. Döyüş meydanında məğlub olduqdan sonra isə onlar mülki əhaliyə qarşı hücumlara başlayıblar. Bir gün Ermənistan xalqı bütün etdiklərinə görə ondan hesab soracaq. Bizim bu gün onları müzakirə etməyimizə səbəb budur ki, Ermənistan 30 ilə yaxındır Azərbaycana qarşı hərbi aqressiya nümayiş etdirir”.скачать dle 10.6фильмы бесплатно
19-10-2020, 17:27
Baxıs: 22 567
Reyting: