Seninem.Az > Aktual / Manşet Yuxarı > İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub

İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub


Tarix: 20-04-2021, 19:23. Müəllif: admin
Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.

Bu barədə Leqal.info-ya Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, indiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.

Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt