Seninem.Az > Aktual / Manşet Yuxarı > Təhsil Nazirliyindən məktəblərin bağlanacağı barədə xəbərə
Təhsil Nazirliyindən məktəblərin bağlanacağı barədə xəbərəTarix: 2-03-2021, 16:56. Müəllif: admin |
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda təhsil müəssisələrinin koronavirus infeksiyası səbəbindən bağlanacağı ilə bağlı məlumata münasibət bildirib. Leqal.info xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı feysbuk hesabında yazıb: “Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”. Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb. Geri Qayıt |