Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlayır.

Bu barədə AAYDA-dan bildirilib.

Məlumata görə, təmir işləri yalnız gecə saatlarında icra olunacaq. Təmir işlərinin həftəsonuna qədər, yəni sentyabrın 18-də yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunan müddət ərzində ərazidə yalnız qismən məhdudlaşdırma tətbiq olunacaq.скачать dle 10.6фильмы бесплатно
13-09-2022, 15:36
Baxıs: 339
Reyting: