allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO

“Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO

Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində yerləşən, İsayev Rüstəm Əyyub oğluna məxsus “Halal market” ərzaq mağazasında yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, mağazada sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş uşaq qidaları və kərə yağı məhsulu aşkar olunub.

Belə ki, təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

“Halal market”də istifadə müddəti bitmiş uşaq qidaları satılıb - FOTO
10:14
Baxıs: 5120
Reyting: